18 Yanvar 2019 21:57
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda üç uşaq anası itkin düşüb.

Hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report