"Kaliforniya ştatının bu cür addımı beynəlxalq aləm üçün də təhlükəlıdir”
ABŞ-ın Kaliforniya ştatının Senatı “Dağlıq Qarabağ Respublikası”nın "müstəqilliyinin" tanınması haqqında qəbul etdiyi qətnamə separatizmin və terrorçuluğun rəsmi və açıq surətdə dəstəklənməsi deməkdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov məlum qətnaməyə münasibət bildirərkən söyləyib.
Ə.Orucov onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi və həmsədr dövlətlərdən biri olan ABŞ-da belə bir “sənəd”in qəbulu təkcə erməni lobbisinin fəaliyyətinə bağlı deyil, bu həm də rəsmi Vaşinqtonun Azərbaycana qarşı siyasətində sadiq qaldığı ikili standratların daha bir bariz nümunəsidir. ABŞ-in erməni amilindən Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsi yeni deyil. Lakin bu cəhdlər əksinə Birləşmiş Ştatların nüfuzuna xələl gətirməklə yanaşı, ona olan etimadı azaldır.
Dünyanın tərəqqipərvər qüvvələri getdikcə artan separatizmi, terrorçuluğu və zorakılıqların qarşısını almağa çalışdığı bir vaxtda ABŞ-ın Kaliforniya ştatının bu cür addımı beynəlxalq aləm üçün də təhlükəlıdir”.
Ayxan