1 Fevral 2019 11:11
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, ərazidə təmirlə əlaqədar məlumatverici lövhələr olub:

“Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub.

Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb.

Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin qısa müddətdə başa çatdırılması istiqamətində işlər davam etdirilir”.

***

09:42

Ötən gecə saatlarında Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Babək prospektində Həsənli Elşənin idarə etdiyi “Mercedes” markalı, 90 CA 956 dövlət nömrə nişanlı avtomobil, yolun ortasında “Azərsu” ASC tərəfindən qazılmış çuxura düşüb.

Sürücü ciddi xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Qeyd edək ki, ərazidə qazıntı işlərinin aparılması ilə bağlı xəbərdarlıq nişanları yerləşdirib. Avtomobilin hansı səbəblərdən çuxura düşməsi araşdırılır./Oxu.Az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər