Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvar ayının 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb.
Daha sonra o, yanvarın 27-də başqa bir evə daxil olaraq 4050 manat nağd pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Vidadi İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.