21 Fevral 2019 14:41
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qadına təcavüz etməkdə və xəsarət yetirməkdə təqsirli bilinən Mais Məcidovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon Məhkəməsində Rəfayel Şirinovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

İstintaq orqanının təqdimatı təmin olunub və Mais Məcidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Mais Məcidov ötən il rayon ərazisində Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

O, Samirə Məmmədovanın köməksiz vəziyyətindən istifadə edib və döyərək ona xəsarət yetirib. Sonra Samirəyə qarşı seksual xarakterli hərəkətlər edib.

Cinayəti törədən Mais Məcidov hadisə yerindən qaçıb. Təcavüzə məruz qalan Samirə Məmmədova İsmayıllı rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Polisdə aparılan araşdırma zamanı Mais Məcidovun yeri müəyyən edilib. Onun Qəbələ rayonunda gizləndiyi məlum olub.

İki rayonun polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mais Məcidov həbs edilib.

İstintaq orqanı tərəfindən Mais Məcidovun barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham elan edilib.

Hazırda bu cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər