22 Fevral 2019 13:38
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonu ərazisində ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini S.Muxtarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub.

Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir yol qəzası Zaqatala rayonunda baş verib.

Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi “Mercedes” və E.Qədimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Qədimov orada ölüb.

Oxşar hadisə Pirallahı rayonunda da qeydə alınıb.

Pirallahı qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini L.Qasımova vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü R.Niftəliyev saxlanılıb.

Oxşar hadisə Sabirabad rayonunda qeydə alınıb. Hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

"Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Şükürov hadisə yerində ölüb.

4 nəfər xəsarət alıb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov