Fransadan olan bir qrup alpinist Ermənistanda qar uçqununa düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə News.am saytı yazır.
Bildirilir ki, beş nəfərdən ibarət alpinist qrupu Aqveran rayonunda dağlarda gəzintiyə yollanıb. Yolda onlar qar uçqununun altında qalıblar.
Xilasedicilər alpinistləri qarına altından çıxarıblar. Onlardan biri helikopterdə ölüb. Digər alpinistlər düşərgəyə çatdırılıblar.