Sumqayıt şəhərində dəniz kənarından fəaliyyəti dayandırılmış ANS TV-nin keçmiş əməkdaşı Pərviz İlqar oğlu Quliyevin meyiti tapılıb.
Publika.az-ın məlumatına görə isə fevralın 22-də Bakıda itkin düşən və bu gün meyiti tapılan Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun ölümü ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib, müvafiq araşdırmalar aparılır.
Bildirilir ki, P.Quliyevin meyiti Sumqayıtda dəniz kənarında yerləşən “Mayak” restoranının həyətindəki taxta kabinetin içində tapılıb. Qış fəsli zamanı istifadəsiz qalan taxta otağa bu gün daxil olan şəxs orada asılı vəziyyətdə qalmış meyiti görərək məlumat verib.
Qeyd edək ki, P.Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.
O, daha əvvəl ANS telekanalında prodüser, bəzi saytlarda foto-montajçı kimi çalışıb.
15:00
Sumqayıt şəhərində dəniz kənarından ANS TV-nin keçmiş əməkdaşı Pərviz İlqar oğlu Quliyevin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, sözügedən şəxs bir neçə gündür itkin düşmüşdü. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilmişdi.
Məlum olub ki, Pərviz Quliyev dəniz kənarında yerləşən məkanların birində kəndirlə özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.