Bakı şəhəri Binəqədi rayonundakı futbol məktəbində baş vermiş yanğın söndürlüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
10:02
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda deyilir: "Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək".
***
09:31
Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, hadisə yerinə Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon şöbələrinin yanğınsöndürən maşınları və əməkdaşları, Post Patrul Xidməti cəlb olunub.
Polis ətrafdakı yolları bağlayıb. Yanğın nəticəsində yaranan qatı tüstü ətrafa yayılıb. Tüstüdən 100 metrədək məsafə görünmür.
Yanğın baş verən obyektin yaxınlığında 2 məktəb binası və yaşayış evləri yerləşir.
***
09:23
Səhər saatlarında 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.
Publika.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir.
Yanğın nəticəsində xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.