Bakıda işə düzəltmək adı ilə 50 nəfərə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci polis şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari ilin fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alındığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Nəticədə dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb və o törətdiyi əməli etiraf edib.
Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.