7 Mart 2019 01:35
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobus sürücüsü Bakı-Ələt-Astara yolunda yüksək sürətlə hərəkət edib. Çəkilən kadrdan görünür ki, avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.

Görüntülərdən aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını riskə atmaqdan çəkinmir. Avtobus azı saatda 150 km/sürətlə hərəkət edir. Üstəlik, manevrlər də edir.

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Üstəlik, bu tələbi təkcə avtobus sürücüsü deyil, elə videonu çəkən şəxs də pozub.

Ekspert deyir ki, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü bu qanunun tələbini kobudcasına pozub.

Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. Taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Həmçinin sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər