Salyan rayonunda piyada qadınların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında Şorsulu kəndi ərazisində qeydə alınıb.
Rayonun Dayıkənd kənd sakinləri - 1977-ci il təvəllüdlü Hüseynova Nailə Əlirza qızı və 1975-ci il təvəllüdlü Nəzərova Südabə Cəlil qızı evə gedərkən motosiklet vurub. Nəticədə hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.