11 Mart 2019 11:18
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci polis bölməsinə müraciət edib.

O, martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyüldüyünü, 1900 manat pulunun və avtomobil açarının alındığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər