13 Mart 2019 23:00
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində problem yaranıb.

Teleqraf.com xəbər verir ki, nasazlıqlar Bakı vaxtı ilə 17:56-dan qeydə alınmağa başlayıb.

“Instagram”da isə problemlər saat 18:01 başlayıb.

“Facebook” üzrə əsas şikayətlər ABŞ, Filippin, Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. “Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub.

Eyni problemlər Azərbaycanda da qeydə alınıb.


Müəllif: Teleqraf.com