Tərtər rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, martın 18-də Kəlbəcər rayon sakini V.Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtər rayonunun Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya atəş açıb.
V.Əsədov Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan “Frankli” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.