Bakının Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumatına görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.