İranda qətldə günahlandırılan daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.
İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl namus üstündə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Salman Azərpənah adlı məhkum martın 16-sı sübh saatlarında Şimali Xorasan əyalətinin Şirvan şəhərinin zindanında dara çəkilib.
Edam olunan şəxsin məhkəmə prosesi haqda hər hansı məlumat yayılmayıb.
Qeyd edilib ki, İranda geniş qeyd olunan “İlaxır çərşənbə” mərasimi və Novruz bayramı ərəfəsində məhkumun edam edilməsi şəhər əhalisinin etirazına səbəb olub.