Koreya Respublikasının sahil şəhəri sayılan Kannında minik avtomobilinin yoldan çıxaraq dənizə aşması nəticəsində beş nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla səhər 6:00 radələrində baş verib.
Sahil mühafizə xidmətinin gəmisi “Hyundai” markalı avtomobili sudan çıxarıb.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilib, onlar universitet tələbələri olub. Avtomobil isə icarə götürülübmüş.