Mustafa Sarıgül qurultay öncəsi CHP lideri Kamal Kılıçdaroğlunu dəstəklədiyini açıqlayıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı Sarıgül yazılı açıqlama verib. Məlumatda deyilir ki, Kılıçdaroğlu, son hadisələri tənqid etmək, qiymətləndirmək və yenilənmək üçün növbədənkənar qurultay keçirib.
CHP nümayəndəsi özü ilə bağlı çıxan müxtəlif informasiyalara, şərhlərə aydınlıq gətirmək və öz mövqeyini bildirmək üçün üç məsələni önə çəkib ki, birinci məsələ 2015-ci il seçkilərinə Kılıçdaroğlunun liderliyi ilə hazırlaşmaq, ikincisi qurultay ərəfəsində CHP sədrinə tam dəstək vermək və son olaraq siyasi təcrübəsini partiya yoldaşları ilə bölüşməkdir.
O bildirib ki, CHP Türkiyənin gələcəyi üçün böyük bir seçki hazırlığına başlamalıdır.
Samir