Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, ilkin məlumatlara əsasən təkanlar yerli vaxtla saat 12:33:50-də Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi isə 62 km olub.