3 Sentyabr 2014 16:43
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, İsa Qəmbər sıravi müsavatçı kimi partiyaya daha böyük töhfə verə bilər". Bu barədə Trend-ə Müsavat Partiyası başqanının keçmiş müşaviri, başqanlığa iddialı Səxavət Əlisoy Müsavat başqanı İ.Qəmbərə xüsusi statusun verilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib.

S.Əlisoy hesab edir ki, İ.Qəmbər üçün Müsavat Partiyasında heç bir vəzifənin önəmi yoxdur: "Hər hansı bir formada İsa Qəmbərin partiyanı nəzarətdə saxlamaq üçün hər hansı bir vəzifədən yararlanmasına inamım yoxdur. Hesab etmirəm ki, İsa Qəmbər belə bir addım atsın. Yəni onun partiyada reytinqi yüksəkdir. Düşünmürəm ki, o, reytinqinə zərbə vuracaq hər hansı bir siyasi post və ya üstünlüyü qəbul etsin. O, dəfələrlə açıqlamasında qeyd edib ki, Müsavat Partiyasının başqanlığından gedəcək".

Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir. Qurultayda partiyanın yeni başqanının seçilməsi nəzərdə tutulur. Artıq başqanlığa namizədlərin irəli sürülməsi prosesinə və seçki kampaniyasına start verilib. Partiyanın bəzi üzvləri İ.Qəmbərə yeni başqana təsir edə biləcək statusun verilməsi təklifi ilə çıxış ediblər, lakin bu, partiyada etirazla qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər