14 Aprel 2019 20:39
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verib.

Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMV markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.

Belə ki, İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolunda "BMV" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu hadisə yerində ölüblər.

Faktla bağlı İsmayılll rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com