19 Aprel 2019 21:45
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölən və yaralananların kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com