19 Aprel 2019 23:56
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.

Teleqraf.com xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan papiros olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb.


Müəllif: Teleqraf.com