Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub.
Teleqraf.com xəbər verir ki, hadisə Çıraqlı kəndində baş verib.
Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.
Kənd sakinlərinin verdiyi məlumata görə, atəşə məruz qalan uşaqlar arasında xoşbəxtlikdən xəsarət alan olmayıb.
Kəndin azyaşlı uşaqları öz həyətyanı torpaq sahələrində düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.
Yaranmış vəziyyətdən qorxan uşaqlardan birinin vəziyyəti pisləşib. Bu səbəbdən Çıraqlı kənd sakini 13 yaşlı Vüsalə Məmmədova təcili tibbi yardım stansiyasına müraciət edib. ilkin tibbi yardım göstərilən 13 yaşlı qız müayinədən sonra evə buraxılıb.