“Williams” komandasının üzvü Corc Rassel Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü yarımçıq saxlamalı olub.
Teleqraf.com-un məlumatına görə, Corc Rasselin idarə etdiyi bolid qəzaya uğrayıb.
Bolid dərhal trasdan kənarlaşdırılıb və pilot sərbəst yürüşü dayandırıb.
Qeyd edək ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.
Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçirilir.