ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla NATO sammiti çərçivəsində keçirdiyi görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı öz dərin narahatlığını ifadə edib.
Trend-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar hesab edir ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.
Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə cağırıb.
ABŞ dövlət katibi iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün tərəflərə kömək etməyə hazır olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb. Kerri, həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb.