Bakının Nəsimi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Birələşmiş Ərəb Əmirliklərinin vətəndaşı Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Cəlilov polis əməkdaşkları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.