İranın cənubunda Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə,zəlzələ vilayətin Xane Zinyan şəhərinin 18 kilometrliyində olub.
Təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.
Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.