20 May 2019 13:03
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətllə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 18-də, saat 18 radələrində Maştağa qəsəbəsindəki bağ evlərinin birində baş verib.

Bağ evlərindən birində baş verən yanğın nəticəsində konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin evdə yaşayan əvvəllər məhkum olunmuş Tahirin anası Rübabə Bağırovanı boğaraq qətlə yetirdiyi, sonra isə izi itirmək məqsədilə evi yandırdığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən T.Bağırov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

***

09:54

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.

Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov