20 May 2019 12:38
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi iki müəllimin yol qəzasında ölüməsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 18-də, saat 16 radələrində Masallı rayonunun Çaxırlı kəndi ərazisində baş verib.

Cəlilabad rayon sakini Sabir Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və həmyerlisi olan sərnişini Abdulla Abdullayev hadisə yerində ölüblər.

Qeyd edək ki, Sabir Ağayev və Abdulla Abdullayev Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər