Bakıda yeniyetmə qız itkin düşüb.
Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yaşayan, 2002-ci il təvəllüdlü Əliyeva Aytac İlqar qızı mayın 18-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.