Dənizkənarı Bulvarda qadın intihara cəhd edib.
32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı Bulvar ərazisində özünü dənizə atıb.
Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Onu sudan çıxarmaq mümkün olub.
N.Babayeva dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.
Qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.
/Oxu.az/