Qvineyalı siyasətçi, “Yaşıllar Partiyası”nın nümayəndəsi və prezidentliyə keçmiş namizəd Mari Madlen Diubatenin Parisdə 45 milyon avroluq brilliantı oğurlanıb.
Teleqraf.com xəbər verir ki, xanım Diubate Varvik otelində iki nəfərlə görüşərək sahib olduğu daşa qiymət verilməsini istəyib. Həmin şəxslər özlərini Rusiya vətəndaşı kimi təqdim edərək, qiymətli daşlar üzrə mütəxəssis olduqlarını bildiriblər.
Onlar brilliantın 45 milyon avro qiyməti olduğunu təsdiqləsələr də, sonra onu saxtası ilə əvəz edərək, aradan çıxıblar.
Fakt üzrə cinayət işi açılıb.
Qvineya dünyada almazla zəngin əsas ölkələrdən biridir.