Bakının Abşeron rayonunun Məhəmmədi kəndindəki evlərdən birində qaz balonu partlayıb.
Məhəmməd Füzuli küçəsi, ev 14-də baş verən hadisə nəticəsində 1952-ci il təvəllüdlü Salmanova Sitarə Sarı qızı xəsarət alıb.
Yaralı bədənin 1 və 2-ci dərəcəli kimyəvi yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.
Xəstənin vəziyyəti ağır qiymətləndirilir.