Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün Belçikanın Brüssel və Fransanın Paris şəhərlərinə səfərə yollanıb.
Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, millət vəkili qadın haqları üzrə beynəlxalq liqa tərəfindən keçiriləcək konfransda iştirak edəcək. Tədbirdə Avropada qadınların hüquq də azadlıqlarının təmin edilməsi və qorunması, bu məsələnin qanunvericilikdə əks olunması ilə bağlı müzakirələr aparılacaq.
Deputat öz çıxışında Azərbaycanda qadınların vəziyyətindən, onlara göstərilən qayğıdan, qadınların dövlət idarəçiliyində fəal iştirakından, habelə ölkəmizdə qadın haqlarının təmin edilməsi istiqamətində hüquqi bazanın yaradılması barədə söhbət açacaq.
Xatırladaq ki, Milli Məclisin deputatı Sahibə Qafarova da Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün dünən Parisə gedib.
Tədbirdə “Bərabərlik və böhran” mövzusunda məruzə dinləniləcək, Avro-Aralıq Dənizi bölgəsində qadın hüquqlarının vəziyyəti və perspektivlər, İstanbul Konvensiyasının qüvvəyə minməsi, qadınlara qarşı zorakılıqla mübarizədə müsbət təcrübələrin təşviqi və digər mövzularda müzakirələr aparılacaq.
Nemət