İranın Çahar-Mahal və Bəxtiyari vilayətinin Buldaci şəhərində zavodda baş verən yanğında bir nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bunu Çahar-Mahal və Bəxtiyari vilayətinin hüquq-mühafizə orqanının rəis müavini polkovnik Xosrov Nəcəfi deyib.
X.Nəcəfinin sözlərinə görə, yanğın nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır
Yanğının səbəbləri araşdırılır.