6 İyun 2019 21:43
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin keçmiş deputatı, Qarabağda cinayətlər törətmiş erməni generallarından biri Manvel Qriqoryan koma vəziyyətindədir.

Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, həbsdə olan Qriqoryanın vəziyyəti qəfildən pisləşdiyi üçün mülki tibb mərkəzinə aparılıb. Erməni caninin vəkili Levon Baqdasaryan deyib ki, müdafiə etdiyi şəxs xəstəxanaya huşsuz vəziyyətdə çatdırılıb. O, dövlətin Qriqoryana qarşı qəddar münasibətin olmasından şikayətlənib. Bildirilir ki, M.Qriqoryan iki gün əvvəl öz iradəsinə zidd olaraq xəstəxanadan həbsxanaya qaytarılıbmış.

Xatırladaq ki, “Yerkrapa” könüllülərdən ibarət təşkilatın başçısı olmuş M.Qriqroyan Azərbaycan ərazilərinin işğalında başının dəstəsi ilə iştirak edib, xeyli cinayətlər törədib. Ancaq hakimiyyət onu qanunsuz silah saxlamaqda və külli miqdarda yeyintilərdə ittiham edərək həbsə atıb. Məlum olub ki, Qriqoryan başının dəstəsi ilə hətta aprel döyüşlərindən sonra da üzərində “əsgər üçün” yazılmış məhsulları mənimsəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər