Keçmiş millət vəkili İqbal Ağazadə əmisi oğlunun ölməsi barədə yayılan məlumatı təsdiq edib.
Bu barədə Teleqraf.com-a İqbal Ağazadə bildirib.
Qeyd edək ki, Loğman Abbasov yeni tikili binalarda qapı, pəncərələrin quraşdırılması ilə məşğul olub, hadisə günü də işdə olub, binanın 7-ci mərtəbəsinə qalxıb və ürəktutmadan vəfat edib.
Daha sonra isə meyiti həmin binadan tapılıb. Əvvəllər onun ürəyində problem olmayıb.
49 yaşlı Loğman Abbasov ailəlidir.
***
12:23
Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.
Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.
Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.
Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur.