Nevtçalada orta yaşlı qadını elektrik cərəyanı vurub.
Hadisə Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Abışova Ruhiyyə Arif qızını elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Ruhiyyə Abışova iki uşaq anası idi.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/