14 İyun 2019 11:36
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Onlar, sürücü 2000-ci il təvəllüdlü Ağamirova Esmira Zöhrab qızı belin əzilməsi, 1969-cu il təvəllüdlü Əliyeva Kəmalə Zakir qızı gicgahın əzilməsi və 1979-cu il təvəllüdlü Qurbanova Səmayə çiyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır./trend/

**

10:57

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarının arxasında qeydə alınıb.

Qəza nəticəsində 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qadınlardan 19 və 40 yaşında olanlar qapalı kəllə beyin travması ilə, digər 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müayinələri davam edir./report/


Müəllif: Teleqraf.com