Bakı metrosunda vaqonda problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə axşam saatlarında metronun “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:
"28 May" stansiyasından "Gənclik" stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaşanıb. Qatar bir stansiyada texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib. Gənclik stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davan edib. Lakin yayılan videogörüntülərlə bağlı araşdırma aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".