17 İyun 2019 00:45
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milas Bodrum Hava Limanında yerli vaxtla saat 18.00-da eniş edən təyyarənin şassisi partlayıb.

Teleqraf.com xəbər verir ki, qəzaya düşən təyyarə enmə zolağından çıxıb. Hadisə yerinə xilasedicilər gəliblər. Xəsarət alan olmayıb. Qəza ilə bağlı müvəqqəti olaraq hava limanında enmə və qalxma dayandırılıb. Təyyarə özəl şirkətlərdən birinə məxsus olub.


Müəllif: Teleqraf.com