19 İyun 2019 15:10
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Neftçala rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Məlumata görə, M.Məmmədov Ş.Mirzəyevi qısqanclıq zəminində güllələyib.

Ş.Mirzəyev onun yaxın qohumna sataşıb və bu səbəbdən onların arasında münaqişə yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər