Ağsu rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, iyunun 19-da Ağsu rayon polis şöbəsinə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.
Ağsu rayon polis şöbəsi əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.