Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.
Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.