6 İyul 2019 15:22
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə quldurluqla üzləşən Abşeron rayon sakini H.Məmmədov müraciət edib.

Bildirib ki, iyunun 23-də, gecə saat 4 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxs onu bıçaqla hədələyib, onun 150 manat pulunu və mobil telefonunu alıb.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

​Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Zayidov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər