9 İyul 10:26
470

Fövqəladə Hallar Nazirliyi Masalllı rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və "КамАЗ" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

09:25

Masallı rayonunda dəhşətli qəza baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yük maşını "Mercedes" "Vito" markalı mikroavtobusla toqquşub.

Hadisə nəticədə 8 nəfər ölüb. İki nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Dünyasını dəyişənlər Əlsgər Rzayev, azyaşlı övladları - Hikmət Rzayev, Azər Rzayev, Rəşad Tağıyev, Ayxan Rufullayevdir.

Digər iki nəfərin isə soyadı hələki müəyyən olunmayıb. Bunlar Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər - 1995-ci il təvəllüdlü Milanə Tağıyeva, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır.

Hər iki şəxsə xəstəxanada tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Məlumata görə, qəzaya düşənlər toya gedirlərmiş.


Müəllif: Hacı Zeynalov