9 İyul 2019 14:49
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Z.Bünyadov prospektində qeydə alınıb.

Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Püstə Cəfərovanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov