11 İyul 2019 17:00
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.

Hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb./Oxu.Az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər